Azərbaycan cüdoçusu Mirxaliq İsgəndərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Prosport.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Fransa təmsilçisi Adrian Mivovanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Mirxaliq İsgəndərov bürünc medala sahib çıxıb.
Daha əvvəl isə 50 kq çəkidə Nihad Məmişov qızıl, Məhəmməd Məmişov isə gümüş medal əldə edib.
Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası son onillikdə dünya çempionatında ilk dəfə qızıl medal əldə edib (bunadək sonuncu dəfə 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanmışdı).

