Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mən çox yarışlarda olmuşam, amma beləsini..." – Rüstəm Orucov
    25.07.2026 10:31:46

    Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib.

    Prosport.Az xəbər verir ki, Avropa Cüdo Birliyinin İdman komissarı, olimpiya və dünya mükafatçısı, qitə çempionu Rüstəm Orucov jurnalistlərin suallarını cavablandırıb.

    – Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
    – Hər kəsi salamlayıram. Bildiyiniz kimi, biz Avropa Cüdo Birliyi adından buradayıq. Gördüyüm təşkilatçılıq çox yüksək səviyyədədir. Mən çox yarışlarda olmuşam, amma belə yüksək səviyyəli təşkilatçılığa az rast gəlinir. Bu yarışın əsas məqsədi gənc idmançıların təcrübə qazanmasıdır. Eyni zamanda klub məşqçilərinə də imkan yaradırıq ki, yarış prosesində məşqçi kimi fəaliyyət göstərərək onlar da təcrübə toplasın.

    – Azərbaycanlı cüdoçulardan hansı nəticəni gözləyirsiniz?
    – (gülür) Əlbəttə ki, uşaqlarımızdan qızıl medal gözləyirəm. Genetik olaraq onlar xarici uşaqlardan daha güclü olur və qalib gəlir.

    – Bu turnir medallardan əlavə gənc idmançılara nə qazandıracaq?
    – Medaldan da önəmlisi təcrübədir. Bildiyiniz kimi, buraya 2 mütəxəssis gəlib – biri Yaponiyadan, digəri isə İtaliyadan. Onlardan biri üçqat dünya çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısıdır, digəri də Olimpiadanın bürünc medalçısıdır. Onlar gənc idmançılar üçün master-klass keçəcək. Bu, uşaqların inkişafı üçün çox önəmlidir. Məncə, belə tədbirlər daha çox təşkil olunmalıdır.

    Bahar RÜSTƏM

    Cüdo

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14
    Cüdo

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05
    Cüdo

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25
    Cüdo

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Cüdo

    "Böyük Dəbilqə": Cüdoçularımızdan 1 qızıl, 1 gümüş medal - FOTOLAR

    12.09.2026 22:08:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved