Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 2-ci yeri tutan Azərbaycan millisi mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, 25 metr məsafəyə tapançadan standard atəşaçma yarışının qalibləri medallarını alıblar.
Qeyd edək ki, millimizi Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “3-lük” təmsil edib.

