Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Prosport.Az-ın məlumatına görə, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşacaqlar.
Dörd turdan sonra 5 xalla qrupda üçüncü pillədə qərarlaşan yığmamız mərhələ adlamaq üçün son görüşündə də qələbə qazanmalıdır. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu gün qrupun digər matçında Türkiyə yığması Yunanıstanı (19:00) sınağa çəkəcək. Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.
|
Komandalar |
O |
Q |
M |
T-F |
X |
|
|
1 |
Türkiyə |
3 |
3 |
0 |
9-1 |
9 |
|
2 |
Almaniya |
4 |
2 |
2 |
9-7 |
7 |
|
3 |
Azərbaycan |
4 |
2 |
2 |
7-8 |
5 |
|
4 |
Çexiya |
4 |
2 |
2 |
7-8 |
5 |
|
5 |
Yunanıstan |
4 |
1 |
3 |
5-10 |
4 |
|
6 |
İsveç |
3 |
1 |
2 |
4-7 |
3 |

