Avropa çempionatında çıxış edən qadın voleybolçulardan ibarət millimiz bu gün növbəti oyununu Türkiyəyə qarşı keçirib.
Prosport.Az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində baş tutan qarşılaşmada komandamız 0:3 (13:25, 13:25, 13:25) hesabı ilə məğlub olub.
Komandamızın sabah oyunu yoxdur. Növbəti matçımız avqustun 22-də Yunanıstan kollektivinə qarşı olacaq.
Qeyd edək ki, millimiz ilk matçında Çexiyaya 3:0 hesabı ilə qalib gəlib, 2-ci görüşdə Almaniyaya uduzub – 1:3.

