3x3 basketbolu üzrə qadınlardan ibarət "Neftçi" komandası Dünya Qadın Seriyasının Melilya mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində ABŞ millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:25-də start götürəcək. Oyunu maraqlı edən məqam "Neftçi"nin heyətində 3 amerikalı basketbolçunun olmasıdır.
Qeyd edək ki, "Neftçi" qrupda "Yuanda" (Çin) klubuna 9:21 hesabı ilə uduzsa da, Portuqaliya yığmasına 21:17 qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

