29 iyul – 6 avqust tarixlərində Bakıda 18 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı C divizionunun loqosu təqdim edilib.
Prosport.Az xəbər verir ki, loqotipin ilkin görünüşü bayrağımızda öz əksini tapmış aypara və 8 guşəli ulduzu xatırladır.
Loqodan qızıl ayparanın ənənəvi Azərbaycan zərgərlik sənətinə xas olan Qarabatdağ boyunbağısına bənzədilməsinin və içərisində 8 guşəli ulduzun olduğu topun orta dairədən qızıl aypara boyunca yuxarıya doğru fırlanmasının şahidi oluruq. Basketbolun əsas özəyini təşkil edən topun atəş qırmızı rəngdə olması isə məhz doğma Azərbaycanımıza xas olan xromatik xüsusiyyətdir.
Qeyd edək ki, C divizionunun A qrupunda, Malta, Kipr və Moldova komandaları U-18 yığmamızın rəqibləri olacaqlar

