Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bir məşqçiyə fokuslanıb, onun bu sözlərinə görə oynamamalıyıq" – Tahir Baxşıyev
    5.07.2026 12:15:56

    Kişi basketbol millimiz bu gün Avropa çempionatının ilkin təsnifat mərhələsində qrup autsayderi İrlandiyanı Bakıda qəbul edəcək. A qrupunun son turu çərçivəsində keçiriləcək matç yığmamızın son görüşü olacaq. Komandamız qalib gəlsə, qrupu 2-ci sırada başa vura bilər.

    Prosport.Az oyundan öncə millimizin baş məşqçisi Tahir Baxşıyevdən müsahibə götürüb.  

    – Lüksemburq səfərində qələbə qazanmağımızda əsas amil hansı oynadı?
    – Sona kimi döyüşdük. Uşaqlar sistemdən çıxmadı. Elə oldu ki, biz öndə olsaq da, rəqib daha sonra bizi keçdi. Yenə də biz fürsəti əldən vermədik və qalib gəldik. İnşallah, İrlandiya ilə oyunda da eyni sistemlə oynasaq, qalib gələcəyik.

    – Heyətdə Saadettin Donatın olmaması nə dərəcədə sizə çətinlik yaradır?
    – O, "Sabah"la son çempionluq oyununda zədə alıb. Yalnız avqustda məşqlərə başlaya biləcək. Saadettinin olmaması bir az problem yaradır. Əsas "5" nömrəmizdir, səbətin altında bizə çox köməyi dəyirdi. Onun yerinə Amil Həmzəyevi oynadırıq. Lüksemburqla matçda Əkbər Məmmədov o mövqedə oynamamasına baxmayaraq, özünü "5" nömrə kimi göstərə bildi. İrlandiya millisi Lüksemburqla müqayisədə ucaboy komandadır. Bu dəfə çalışacağıq ki, əsas "5" nömrələrimizdən daha çox istifadə edək. 

    – Millimiz bu seçmə mərhələdə qələbələrini ancaq səfərdə qazanıb. Bakıda isə qələbəmiz yoxdur. Bu gün Bakıda İrlandiya üzərində qələbə ilə bu tendensiyaya son qoymaq mümkün olacaq?
    – Bizim əsas çətinliyimiz odur ki, Bakıya həmişə uzun səfərdən qayıdıb, oyuna çıxırıq. Ona görə də Bakıda da sanki səfər matçında oynayırmış kimi oluruq. Təqvim elə olmadı ki, Bakıda oynayıb, daha sonra səfərə çıxaq. Səfər uçuşları adamı çox yorur. 2 təyyarə ilə səfərə çıxırsan, qayıdanda da eyni üsulla geri dönürsən. Yollar adamı çox yorur. Digər rəqiblərimizdə belə təqvim yox idi. Təsəvvür edin ki, Dublindən 5 saat İstanbula uçursan, orada gözləyirsən, daha sonra Bakıya uçursan. Bunlar hamısı çətinlik yaradır. İndi də Lüksemburq səfərindən qələbə ilə qayıtmışıq. Amma buna baxmayaraq, bu gün çox vacib oyundur. Uşaqların hamısı qalib gəlməyə fokuslanıb. İnşallah, əlimizdən gələn hər şeyi edəcəyik ki, qalib gələk.

    – İrlandiya millisini Dublində 76:74 məğlub etmişdiniz. Son 2 matçda – Ermənistana və Şimali Makedoniyaya uduzdular. Rəqibdə hansı dəyişikliklər var?
    – Heyətlərini bir az dəyişiblər, gəncləşdiriblər. Bu bir tərəfdən bizim üçün müsbət, digər tərəfdən mənfidir. Gənclər də özünü yığmada göstərməyə çalışacaq, istəklə oynayacaqlar. Onların heyətində 5-6 nəfər yenilənib.

    – Amma yenə də amerikan əsilli oyunçuları var...
    – ABŞ-də yaşayan irland əsilli insanlar çoxdur. Ona görə də orada doğulmuş irland əsilli qara dərili amerikanları heyətlərinə asanlıqla qata bilirlər.

    – Rəqib baş məşqçi Maykl Bri Dublindəki oyunun "taym-aut"u zamanı ölkəmizə qarşı təhqiramiz fikir səsləndirmişdi. Düzdür, sonradan Azərbaycan Basketbol Federasiyası FIBA-ya bununla bağlı şikayət etmişdi. Hərçənd, FIBA-dan Brinin cəzalandırılması ilə bağlı hüquqi prosedura rast gəlmədik. İstənilən halda, həmkarınızın bu danışığı sizin oyunçularda rəqibə qarşı xüsusi qıcıq formalaşdırıbmı?
    – Əlbəttə, belə şeylər xoşagəlməz haldır. Amma biz bir məşqçiyə fokuslanıb, onun bu sözlərinə görə oynamamalıyıq. Biz bayraq altında matçlara çıxırıq. Belə şeylər adamı qızışdırıb yaxşı nəticəyə də, pis nəticəyə də sürükləyə bilər. Ona görə də çalışırıq ki, oyunçularla belə şeylərdən danışmayaq. Ancaq onlara sırf oyunla bağlı göstərişlərimizi veririk.

    Səbuhi Musa

    Top oyunları

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Top oyunları

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25
    Top oyunları

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10
    Basketbol

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved