Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.
Prosport.Az xəbər verir ki, yığmamızın üzvü Əbil Yusubov (-73 kq) finala qədər keçirdiyi beş görüşün hamısında qələbə qazanaraq həlledici mərhələyə yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luço Tavolettaya uduzub və yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə Azərbaycan millisinin daha 15 cüdoçusu tatamiyə çıxacaq.

