Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə start verib.
Prosport.Az-ın məlumatına görə, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı çətinlik çəkmədən məğlub edib.
Ataman Güneyligilin yetirmələri hər 3 setdə rəqibini üstələyərək 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbə qazanıblar.
Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda 2-ci oyununu sabah meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

