Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Dilşad Xalmatova (Ukrayna) uduzub.
Beləliklə, Azərbaycan komandası ilk günü gümüş medalla tamamlayıb.
17:30
Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
Prosport.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Fransa təmsilçisi Teo Raul Ebrara qalib gəlib.
Yusifov qızıl medal uğrunda görüşdə Dilşad Xalmatov (Ukrayna) – Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə medal qazanmaq şanslarını itirib.

