Belçikanın Varegem şəhərində ustalar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında idmançımız Zülfüqar Süleymanov (71 kq, M-40) birdən qaldırma hərəkətində 109 kq, təkanla qaldırmada 135 kq nəticə göstərib.
Prosport.Az xəbər verir ki, o, 2 hərəkətin cəmində topladığı 244 kq nəticə ilə Avropa çempionu olub. İdmançımız eyni zamanda birdən qaldırma hərəkətində 109 kq nəticə ilə şəxsi rekordunu da yeniləyib.
Digər təmsilçimiz Səddar Quliyev (79 kq, M-75) isə birdən qaldırmada 52 kq, təkanla qaldırmada 65 kq nəticə göstərərək 2 hərəkətin cəmində gümüş medal qazanıb.

