Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisinin növbəti uğuruna Murad Fətiyev imza atıb.
Prosport.Az xəbər verir ki, -90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək bürünc medal qazanıb.
Bununla da Azərbaycan millisi Sindao Qran-Prisini 1 qızıl və 3 bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (-81 kq) qızıl, Əhməd Yusifov (-60 kq) və Hidayət Heydərov (-81 kq) isə bürünc medala sahib çıxmışdılar.
57 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 3-cü yeri tutub.

