Bakıda keçirilən UFC Fight Night turnirində Azərbaycan təmsilçisi Tahir Abdullayev uğurlu debüt edib.
Prosport.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan gecənin ilkin kartında mübarizə aparan azərbaycanlı döyüşçü rəqibi Cefferson Nasimentonu məğlub edərək UFC-də ilk döyüşünü qələbə ilə başa vurub.
Qeyd edək ki, bu gün keçirilən UFC Fight Night turnirinin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə üz-üzə gələcək. Bundan əvvəl isə Nazim Sadıxov Mateus Kamilo ilə qarşılaşacaq.

