Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin ilk yarış günündə Azərbaycan millisi medal hesabını açıb.
Prosport.Az xəbər verir ki, Əhməd Yusifov (60 kq) bürünc mükafata yiyələnib. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.
Sabah daha 4 cüdoçumuz mübarizəyə qoşulacaq.

