Serbiyanın "Partizan" klubunun basketbolçusu Zak LeDey Azərbaycan millisində çıxış edəcək.
Prosport.Az xəbər verir ki, bu barədə "Basketnews" nəşri iddia irəli sürüb.
ABŞ-dan olan 29 yaşlı oyunçunun Azərbaycan pasportu alacağı gözlənilir. Bu xəbəri saytımıza Azərbaycan Basketbol Federasiyasından da təsdiqləyiblər. Qurumdan bildirilib ki, bu yöndə sənədləşmə işləri gedir.
Daha əvvəl "Monako"dan Donta Hollun da tezliklə yığmaya cəlb olunacağı bildirilmişdi. Onların 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinə qədər yığmaya cəlb olunacağı gözlənilir. Bu raundda qrupun ilk oyunları 19-27 fevralda keçiriləcək.
Qeyd edək ki, Zak LeDey 2021-ci ildən "Partizan"ın uğurları üçün çalışır.

