Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İstərdik ki, bu mövqeyə transfer tez alınsın" – Qurban Qurbanov
    20.06.2026 21:43:55

    "Qarabağ" yoxlama oyununda "Zirə"yə 4:3 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Yeni gələn futbolçular özlərini necə göstərdi?
    – Hazırlığın ilk mərhələsinin son günü idi. Belə bir oyunun olmasını çox istəyirdik. Çox faydalı oyun oldu. Matçı 3 hissəyə bölmüşdük – iki 30 dəqiqə və bir 45 dəqiqə. 8-9 günlük hazırlıqdan razı qaldım. Futbolçular çox məsuliyyətlə çalışırdı. Düzdür, bütün oyunçular hazırlıq prosesində bir yerdə deyildi. Bəziləri milli komandalarda idilər, bəzilərinin zədəsi var idi. Yeni gələn futbolçular 30 dəqiqə oynadı. Onlar bizə çox gec qoşulub. Hər biri haqda xoş təəssüratlarım oldu. Ümid edirəm ki, komandamıza faydalı olacaqlar.

    – Komandada gedən yenilənmə prosesi sizi qane edir?
    – Tam yox. İstərdim ki, işimizi tamamlayaq. Hələ ki tamamlanmayıb. Ümumən, proses pis getmir. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha da sürətlənməsini istəyərdim. Amma hələ vaxtımız var. İnanıram ki, düşündüklərimizi həyata keçirə biləcəyik.

    – Kevin Medinanın gedişindən sonra mərkəz müdafiəçisi transferi üçün danışıqlar gedir?
    – Çox ciddi danışıqlar gedir. İstərdik ki, tez alınsın. Amma bir az yubana da bilər.

    – Bundan sonra da komandadan gedənlər olacaq?
    – Ola bilər. 

    – Heyətdəki dəyişiklikləri nəzərə alanda UEFA Avropa Liqasında I təsnifat mərhələsindən başlamağın daha yaxşı olduğunu düşünmək olar?
    – Müsbət tərəfləri də var, mənfi tərəfləri də. Bəlkə də bir yerdə hazırlaşmaq üçün bizə daha çox vaxt lazım idi. Əlavə yoldaşlıq oyunları keçirsəydik, daha yaxşı olardı. Bizim təcrübəli oyunçularımız var. İnanıram ki, ilk oyuna yaxşı formada çıxa biləcəyik. Hansısa çətinliklər ola bilər. Çünki yeni komanda formalaşıb. Bu hallara hazır olmalıyıq. 

    – Neçə transfer olsa, sizi qane edəcək?
    – Say olaraq deyə bilmərəm. Amma bir neçə mövqeyə oyunçu lazımdır.

    – Bundan sonra hansı mövqelərə transfer gözlənilir?
    – Hər mövqe üçün futbolçularla danışıqlar gedir.

    – Yeni mövsümdə "Qarabağ"ın Avropada hədəfi nə olacaq?
    – Hədəf eyni olaraq qalır. Ən azından Avropa Liqasının Liqa mərhələsində iştirak etmək istəyirik. İşimizi bunun üçün quracağıq.

    – Zakaria Savonun gəlişindən sonra Kamilo Duran cinahda oynayacaq?
    – Oyundan asılı ola bilər. Belə futbolçuların həm hücumun mərkəzində, həm də cinahda oynaması üstünlükdür. Çox istərdim ki, mənim düşündüklərim faydalı olsun.

    – Bu toplanışa əvəzedici komandadan çox futbolçu dəvət etmisiniz. Demək olar ki, növbəti mövsümdə öz yetirmələrinizə daha çox şans verəcəksiniz?
    – Maraqlı uşaqlar var. Onlar böyük ehtimalla bizimlə qalacaq. Çox istərdim ki, tez bir zamanda formalaşsınlar və əsas komandanın üzvləri olsunlar. Ümid etdiyim bir neçə futbolçu var.

    – Leandro Andrade və Fabian Buntiçin komandadan ayrılacağı ilə  bağlı xəbərlər nə dərəcədə doğrudur?
    – Hələ rəsmi bir şey yoxdur. Amma yaxın günlərdə nələrsə ola bilər.

    – Bəhlul Mustafazadə Avropa Liqası oyununa kimi hazır olacaq?
    – Ümumən pis deyildi. Bizimlə başlamışdı. Yüngül ağrılar hiss etdi. Ona görə bir az istirahətə ehtiyacı oldu. Avstriya toplanışında bizimlə başlaya bilər.

    – 5 nömrəli formanı 1 ildən sonra Bruno Lanqaya verdiniz. 14 nömrəni bəs vermək barədə düşünmüsünüz?
    – (düşünür) 14 nömrə? Bu bir az sual altındadır (gülür).

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved