Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "2-ci Zubir olmaq istəyirəm" – Jali Muaddib
    20.06.2026 21:38:15

    "Qarabağ" mövsümlərarası hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda "Zirə"ni 4:3 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun Mərakeş əsilli fransalı transferi Jali Muaddib jurnalistlərin suallarını cavablandırıb.

    – “Qarabağ”a transferiniz necə baş tutdu?
    – Mən Kiprdə (Aradippu "Omoniya"sı) oynayırdım. “Qarabağ”dan təklif gəldi. Bu barədə ailəmlə danışdım və onlar da qərarımı dəstəklədi. Çünki “Qarabağ” son illərdə Avropa turnirlərində mütəmadi iştirak edən və uğurlar qazanan komandadır. Bu kluba gəldiyim üçün çox xoşbəxtəm.

    – Başqa klublardan da təklifləriniz var idi?
    – Bəli, başqa təkliflər də var idi.

    – Artıq “Qarabağ”ın heyətində ilk matçınıza çıxmısınız. Adaptasiya prosesi necə gedir?
    – Sözsüz ki, yeni komandaya gələndə müəyyən çətinliklər olur. Məşqlər keçdikcə və komanda ilə birlikdə çalışdıqca hər şeyə öyrəşirsən. Komanda yoldaşlarım mənə çox kömək etdi. Qısa müddətdə komandaya uyğunlaşdım və məndən nələrin tələb olunduğunu anladım.

    – Azərbaycan Premyer Liqası haqqında məlumatınız var? Buradakı şəxsi hədəfləriniz nələrdir?
    – Mən 2-ci Abdellah Zubir olmaq istəyirəm. “Qarabağ” ötən mövsüm də mənimlə maraqlanmışdı, amma həmin vaxt transfer baş tutmamışdı. Azərbaycan Premyer Liqasını izləyirəm və hesab edirəm ki, maraqlı çempionatdır. Xüsusilə ötən mövsüm çox maraqlı keçdi. “Sabah” və “Neftçi” kimi komandalar güclənib. Liqa barədə kifayət qədər məlumatım var.

    – UEFA Avropa Liqasında rəqibiniz artıq bəllidir. Komandanı uzaq səfər gözləyir. Rəqib barədə nə bilirsiniz?
    – Bilirik ki, rəqib I Liqa komandasıdır və İslandiya Kubokunu qazanıb. Avrokuboklarda yüngül rəqib olmur. Biz də əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Ancaq bu rəqib haqda çox məlumatım yoxdur.

    – “Qarabağ”a keçmək qərarınıza ən çox nə təsir etdi?
    – “Qarabağ” mənə təklif göndərdi və mən bir gün ərzində razılıq verdim. Çünki bu, çox yaxşı komandadır. Davamlı olaraq avrokuboklarda iştirak edir. Klubun strukturu bəllidir, baş məşqçi uzun illərdir burada çalışır və sabitlik var.

    – Qurban Qurbanovla ilk söhbətinizdə sizdən əsas gözləntisinin nə olduğunu dedi?
    – Uzun söhbət etməyə imkanımız olmadı. O məndən Kiprdə göstərdiyim performansı burada da davam etdirməyimi istəyir. Mən də inanıram ki, komandaya kömək edə biləcəyəm.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved