Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Milli Məclisin nümayəndə heyəti Azərbaycan Cüdo Federasiyasında - FOTOLAR
    19.06.2026 22:03:31

    Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri Azərbaycan Cüdo Federasiyasında (ACF) olaraq federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək inkişaf planları ilə yaxından tanış olub.

    Prosport.Az xəbər verir ki, görüşdə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Şahin İsmayılov, komitə sədrinin müavini, millət vəkili Könül Nurullayeva, komitənin üzvləri - millət vəkilləri Göydəniz Qəhrəmanov və Mahir Süleymanlı, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov iştirak ediblər.

    Görüş zamanı qonaqlara Azərbaycan Cüdo Federasiyasının son illərdə həyata keçirdiyi institusional islahatlar, strateji inkişaf istiqamətləri və əldə olunan nəticələr barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, federasiya tərəfindən ölkədə cüdonun kütləviliyinin artırılması, regionlarda fəaliyyətin genişləndirilməsi, müasir idman infrastrukturunun yaradılması, məşqçi, hakim və digər idman mütəxəssislərinin hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.

    Eyni zamanda, Azərbaycanın beynəlxalq cüdo arenasında qazandığı uğurlar, milli komandaların nəticələri, gənc istedadların inkişafına yönəlmiş proqramlar və təhsil layihələri barədə məlumat verilib. Federasiyanın beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu istiqamətdə görülən hazırlıq işləri də diqqətə çatdırılıb.

    Görüş çərçivəsində ölkədə bədən tərbiyəsi və idman sahəsində qanunvericiliyin inkişaf perspektivləri, mövcud hüquqi bazanın təkmilləşdirilməsi imkanları, idman federasiyalarının fəaliyyətinin daha da gücləndirilməsi və gənc nəslin idmana cəlb olunmasının təşviqi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər idmanın davamlı inkişafının təmin olunmasında dövlət dəstəyi, effektiv idarəetmə, müasir hüquqi mexanizmlər və aidiyyəti qurumlar arasında əməkdaşlığın mühüm rol oynadığını vurğulayıblar.

    Səmimi və konstruktiv şəraitdə keçən görüşün sonunda qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi, idman sahəsində qabaqcıl təcrübələrin tətbiqi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı razılıq ifadə olunub. Görüş iştirakçıları Azərbaycan idmanının, xüsusilə də cüdonun gələcək inkişafı istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

    Daha sonra Milli Məclisin Gənclər və İdman Komitəsinin nümayəndə heyəti Milli Komandaların Təlim-Məşq Mərkəzində yaradılmış şəraitlə tanış olub. Qonaqlara idmançıların hazırlıq prosesi, məşq zalları, bərpa və tibbi xidmət imkanları, həmçinin milli komandaların yüksək səviyyədə hazırlığının təmin edilməsi üçün yaradılmış müasir infrastruktur barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirərək, ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved