Azərbaycan paraatleti Elvin Astanov Tunisdə təşkil olunan Qran-pridə gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 6.81 m nəticə göstərərək fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.
Xatırladaq ki, bundan əvvəl komandanın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar. Samir Nəbiyev (F57) isə bürünc mükafata yiyələnib.

