Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Erməni atıcılar Bakıya gələcək, ya gəlməyəcək? – Paradoksal vəziyyət davam edir
    15.08.2023 21:17:49

    Bakıda start götürəcək güllə və stend atıcılığı üzrə dünya çempionatında Ermənistanın 6 idmançısının iştirakı sual altındadır.

    Prosport.Az-ın xəbərinə görə, bu gün Bakı Kristal Zalında açılış mərasimi keçirilmiş yarış üçün Ermənistan millisinin nümayəndə heyətinin gələcəyi hələ də bilinmir.

    Bu barədə saytımıza Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinin rəhbəri Afət Yaqubova məlumat verib:

    "Dünya çempionatı üçün 101 ölkə qeydiyyatdan keçib. Bunlardan biri də Ermənistandır. Lakin onların nümayəndə heyəti Bakıya gəlməyib və gəlməyəcəkləri ilə bağlı da məlumat verməyiblər. Sadəcə, yüksək səviyyədə zəmanət istəyiblər. Biz tərəfdən də digər iştirakçılara verildiyi kimi, onlara da zəmanət məktubu təqdim olunub.

    Məsələn, Filippin daxildə olan problemə görə gəlməyəcəklərini Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına məlumat verib (5 idmançı ilə qatılmalı idilər – red.). Ancaq Ermənistan tərəfindən belə bir məlumat gəlməyib. Ona görə də deyə bilmərik ki, Ermənistan rəsmi şəkildə yarışa gəlməkdən imtina edib. Bununla belə, burda dünya çempionatı boyu müxtəlif növlər üzrə yarış keçiriləcək. Onlar yarışa yarıda da gələ bilərlər. Burda qayda pozuntusu yoxdur".

    Xatırladaq ki, hələ iyunun 14-də Ermənistanın atıcılıq üzrə baş məşqçisi Seyran Nikoqosyan zəmanət veriləcəyi halda, 15 nəfərlik heyətlə Bakıdakı dünya çempionatında iştirak edəcəklərini bildirib. Təxminən 1 ay sonra – 11 iyulda Azərbaycanın Gənclər və İdman Nazirliyi bu zəmanətin veriləcəyini açıqlayıb. Bunun ardınca Ermənistan Atıcılıq Federasiyasının baş katibi Arek Saribekyan dünya çempionatında iştirak etmək istədiklərini və komandanın hər hansısa maneə ilə üzləşməyəcəyinə ümid etdiyini bildirib.

    Qeyd edək ki, sabahdan etibarən Bakı Atıcılıq Mərkəzində dünya çempionatında məşqlərə, avqustun 17-dən isə yarışa start veriləcək. Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinovanın sözlərinə görə, dünya çempionatında Azərbaycanın 33 idmançısı mübarizə aparacaq. Yarışın bağlanış mərasimi sentyabrın 1-də baş tutacaq.

    Stolüstü oyunlar

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved