Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Cüdo mütəxəssislərimiz Yaponiyada kursa qatıldı
    15.06.2026 16:46:58

    Azərbaycan Cüdo Federasiyasının (ACF) Təhsil şöbəsinin ekspertləri və Azərbaycan İdman Akademiyasının cüdo ixtisası üzrə müəllimlərindən ibarət nümayəndə heyəti cüdonun vətəni Yaponiyada təcrübə mübadiləsi proqramında iştirak edir.

    Prosport.Az xəbər verir ki, Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi və "JUDOs" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən proqramın əsas məqsədi Yaponiyanın qabaqcıl cüdo təhsil sistemi, məşq metodikaları və uzunmüddətli idmançı hazırlığı modeli ilə yaxından tanış olmaq, əldə olunan təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırmaqdır.

    Səfər çərçivəsində nümayəndə heyəti Tokai Universitetində gənclər və böyüklərdən ibarət qrupların məşq prosesini izləyib. Xüsusilə baş məşqçi Riki Nakayanın rəhbərliyi ilə ne-vaza istiqamətində keçirilən məşqlər iştirakçılar üçün praktiki baxımdan böyük əhəmiyyət kəsb edib.

    Proqram çərçivəsində müxtəlif yaş kateqoriyalarında cüdo hazırlığı ilə tanışlıq məqsədilə bir sıra məşq mərkəzlərinə də səfərlər təşkil olunub. Asahi Dojoda kiçikyaşlı yeniyetmələrin, Takanavadai məktəbində yeniyetmələrin, Taisei Cüdo Klubunda isə məktəbəqədər və ibtidai sinif yaşlı uşaqların məşq prosesi izlənilib, erkən yaş dövründə tətbiq olunan tədris metodları öyrənilib.

    Nümayəndə heyəti, həmçinin Ümumyaponiya Cüdo Federasiyasında idmançıların uzunmüddətli inkişaf planına həsr olunmuş təqdimat və təlimdə iştirak edib. Sessiya zamanı cüdoçuların yaş xüsusiyyətlərinə uyğun inkişaf mərhələləri, təlim yükünün planlaşdırılması və sistemli hazırlıq modeli ilə bağlı ətraflı məlumat təqdim olunub.

    Səfər çərçivəsində Kodokanda keçirilən randori məşqlərində iştirak edilib, eyni zamanda yarışlar izlənilərək Yaponiyanın zəngin cüdo ənənələri və yüksək səviyyəli hazırlıq sistemi yerində öyrənilib.

    Bu təcrübə mübadiləsinin Azərbaycan cüdosunda təhsil və məşq prosesinin daha da təkmilləşdirilməsinə, beynəlxalq qabaqcıl yanaşmaların tətbiqinə və məşqçi-müəllim heyətinin peşəkar inkişafına mühüm töhfə verməsi gözlənilir.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved