"Karyeramı bitirmək qərarını yanvar ayında vermişdim. "Böyük Dəbilqə" seriyasından olan Tour of Turkiye yarışından sonra karyeramı bitirməyi elan edəcəkdim. Ancaq bu yarışın keçirilməsi təxirə salındığından, qərarımı indi açıqladım".
Bunu Prosport.Az saytına açıqlamasında bu gün sosial şəbəkə hesabı vasitəsilə karyerasını bitirdiyini açıqlamış azərbaycanlı şose velosipedçisi Elçin Əsədov deyib.
36 yaşlı idmançı karyerasını bitirməsinin səbəbini açıqlayıb: "Karyeramı bitirməyimin zədələrlə bağlılığı yoxdur. İnstaqramda paylaşdığım fotolar karyeram ərzində üzləşdiyim zədələrin, əməliyyatların görüntüləridir. Karyeramı bitirməyim yaş və yorğunluqla bağlıdır".
Səbuhi Musa

