Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Boqdan Kurudz (35–39 yaş) Masters kateqoriyasında qızıl medal qazanıb. 500 m məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.

