12-13 iyun tarixlərində atletika üzrə ölkə çempionatı keçiriləcək.
Prosport.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışlara saat 16:00-da start veriləcək.
Ölkə birinciliyi İdman Akademiyasının stadionunda və Atletika Federasiyasının atma növləri üzrə bazasında keçiriləcək.

