Azərbaycanın və "Neftçi" klubunun 3x3 basketbolu üzrə milli komandası Polşanın Katovitse şəhərində təşkil olunan FIBA Qadın Seriyasının mərhələ yarışında mübarizəni erkən dayandırıb.
Prosport.Az xəbər verir ki, A qrupunda olan yığmamız ilk görüşündə İsrailə 7:21, 2-ci oyunda isə Rumıniyaya 15:16 hesabı ilə uduzub.
B qrupunda qərarlaşan "Neftçi" isə ilk görüşündə İtaliya millisi ilə bacarmayıb – 10:13. Daha sonra komandamız Litvayaya yenilib – 20:22.

