Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bu federasiyada yeni rəhbərlikdə təmsil olunanlar kimlərdir? – ARAŞDIRMA
    9.06.2026 17:30:14

    Ötən ay (1 may) Azərbaycan Tennis Federasiyasının yeni seçilmiş vitse-prezidentləri və İdarə Heyətinin üzvlərinin kimliyi müəyyənləşib.

    Prosport.Az ənənəvi olaraq idman ictimaiyyətinə yeni qoşulan şəxslərin kimliyini araşdırıb.

    Əvvəla, onu bildirək ki, 22 il federasiyaya rəhbərlik etmiş Milli Məclisin sabiq sədri Oqtay Əsədovu əvəzləyən Ənvər Ənvərlinin kimliyi artıq çoxlarına bəllidir. O, 2012-ci ilin 14 aprelindən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. Ə.Ənvərli ixtisasca iqtisadçı olmaqla yanaşı, hüquqşünaslıq təhsili alıb, ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, həmçinin dünyanın nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Biznes Məktəbinin məzunlarındandır.

    Ənvər Ənvərli Qubadlının Əfəndilər kəndinin adı verilmiş "Efendiler Group" şirkətinin rəhbəridir. 2007-ci ildən fəaliyyət göstərən bu şirkət avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Sözügedən şirkət “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri kimi fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir. Bu holdinqə daxl olan “Euro Style” şirkəti müxtəlif markalı avtomobillərə texniki xidmət göstərir. "Efendiler Group" həmçinin 2013-cü ildən tikinti sektorunda "Bakikhanov Residence" yaşayış kompleks ilə də təmsil olunur.

    Federasiyanın 3 vitse-prezidenti var. Bunlardan 2-nin kimliyi bizə bəllidir.

    Amal Əlili “Efendiler Group”un icraçı direktorudur. O, Azərbaycan Tennis Federasiyasında da əsasən təşkilati və icraedici proseslərin koordinasiyasına cavabdeh şəxs kimi fəaliyyət göstərir və həyata keçirilən layihələrin effektiv şəkildə reallaşdırılmasına rəhbərlik edir.

    Digər vitse-prezident Orxan Manaflı isə Azərbaycan tennisinin yetişdirdiyi peşəkar idmançılardan biridir. O, uzun illər professional tennislə məşğul olub, Azərbaycan milli tennis yığmasının üzvü kimi ölkəmizi beynəlxalq yarışlarda təmsil edib. Beynəlxalq Padel Federasiyasının reytinq cədvəlində 2284-cü yerdədir. Koordinator Yalçın Manaflı onun atasıdır.

    Federasiyanın I vitse-prezidenti Əliağa Fətullayev və İdarə Heyətinin üzvlərinin kimliyi barədə axtarışlarımıza isə Tennis Federasiyasının özündən bizə yardım edildi. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

    "Əliağa Fətullayev də uzun illərdir ki, biznes sahəsində fəaliyyət göstərən tanınmış sahibkarlardandır. Tikinti sektorunda uğurlu fəaliyyəti ilə seçilən Əliağa Fətullayev hər hansı dövlət vəzifəsi daşımır və federasiyada fəaliyyətini tamamilə ictimai əsaslarla həyata keçirir.

    İdarə Heyətinin üzvləri – Ramiz Həmzəzadə, Ləman Əliyeva və Elvin Məsimov isə tennis idmanına böyük maraq və sevgisi olan fəal vətəndaşlardır. Onlar heç bir xüsusi dövlət vəzifəsi və ya rəsmi status daşımır. Bununla belə, tennisin inkişafına töhfə vermək istəkləri, bu sahəyə göstərdikləri diqqət və məsuliyyət hissi onları federasiyanın idarəetmə strukturunda təmsil olunmağa layiq edib. Hər biri öz fəaliyyətində maksimum səylə çalışaraq federasiyanın qarşıya qoyduğu məqsədlərə çatmasına dəstək verir.

    Hazırda Azərbaycan Tennis Federasiyasının gücləndirilməsi və fəaliyyətinin müasir standartlara uyğun qurulması istiqamətində əsas maliyyə yükü federasiya prezidentinin üzərinə düşür. Fəaliyyətə başlanılmasından hələ 2 ay keçməməsinə baxmayaraq, artıq federasiyaya əhəmiyyətli həcmdə maliyyə vəsaiti yatırılıb, bir sıra vacib layihələrin icrasına start verilib. Bu investisiyalar yalnız maddi dəstəklə məhdudlaşmır, eyni zamanda insan resursları, təşkilati inkişaf, yerli məşqçilərin və oyunçuların gücləndirilməsi istiqamətlərini də əhatə edir.

    İnanırıq ki, həyata keçirilən və gələcəkdə davam etdiriləcək maddi, mənəvi və fiziki yatırımlar Azərbaycanda tennis idmanının inkişafına, kütləviliyinin artırılmasına, gənc idmançıların yetişdirilməsinə və ölkəmizin beynəlxalq tennis arenasında daha uğurla təmsil olunmasına geniş imkanlar yaradacaq".

    Səbuhi Musa

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved