Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Deyvis Kap"da iştirak edəcək.
Prosport.Az xəbər verir ki, komanda yarışda iştirak etmək məqsədilə Moldovanın paytaxtı Kişinyova yola düşüb.
Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Orxan Manaflı və koordinatoru Yalçın Manaflının rəhbərliyi altında turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcək.
Qeyd edək ki, tennisçilərimiz "Deyvis Kap"ın III qrupunda mübarizə aparacaq. Yarış iyunun 10–13-də keçiriləcək.

