"Gənc nəsil Elxan Məmmədov və Elçin İsmayılov kimi uğurlu idmançıları tanımalı və onlardan öyrənməlidir".
Prosport.Az xəbər verir ki, bunu Pekin-2008 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın veteran cüdoçusu Mövlud Mirəliyev tarixi uğurunun 15 illiyi barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, idmançıların nailiyyətlərini bilmək və qeyd etmək vacibdir: "Arzulayıram ki, idmançılar daim beynəlxalq arenalarda yüksək nəticələr əldə etsinlər".
Qeyd edək ki, Mövlud Mirəliyev 2015-ci ildən 2023-cü ilə qədər kişilərdən ibarət milli komandanın məşqçisi kimi fəaliyyət göstərib. O, idman nailiyyətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Hazırda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini icra edir.

