Azərbaycanın tanınmış volosipedçisi Elçin Əsədov karyerasını başa vurub.
Prosport.Az xəbər verir ki, 36 yaşlı idmançı bu barədə İnstaqram hesabında paylaşım edib:
"Velosipedə hər şey üçün təşəkkür. Və son... Ailəmə, dostlarıma, məşqçilərimə, mənə dəstək olan və karyeramı mümkün edən hər kəsə təşəkkür edirəm. İdman insanları birləşdirir və şükürlər olsun ki, o qədər gözəl insanlar və ölkələr tanıdım, yarış üçün darıxacağam, amma velosiped sürməyi sevməyə davam edəcəm.
Rəsmi olaraq peşəkar idman karyeramı başa vurdum. Təşəkkürlər!"
Elçin Əsədov bunun səbəbini izah etməsə də, belindəki və baş nahiyəsindəki yaraları göstərib.

