Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    AMADA rəsmiləri Fransaya niyə gedib?
    4.06.2026 12:05:40

    Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (WADA) birgə təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərindəki “Stade Jean Bouin”də “Avropada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması: Ortaq məsuliyyət” mövzusunda beynəlxalq konfrans keçirilib.

    Prosport.Az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

    Konfransın əsas məqsədi dopinq maddələrinin idmanda və idmandan kənar mühitdə, xüsusilə rekreativ idman, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə yayılmasının qarşısının alınması üzrə mövcud çağırışları və mümkün həll yollarını müzakirə etmək olub.

    Tədbirin proqramında dopinq maddələrinin əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, həvəskar idmanda dopinq istifadəsinə təsir edən amillər, ictimai sağlamlıq riskləri, saxtalaşdırılmış və qeyri-qanuni məhsulların dövriyyəsi, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, farmasevtik nəzarət, rəqəmsal platformaların məsuliyyəti və milli səviyyədə koordinasiya mexanizmləri kimi mövzular yer alıb.

    Konfrans çərçivəsində Avropa Şurası, WADA, INTERPOL, UNESCO, Beynəlxalq Olimpiya Komitəsi, milli antidopinq təşkilatları, dərman vasitələri üzrə tənzimləyici qurumlar, hüquq-mühafizə orqanları, laboratoriyalar, gömrük strukturları və digər beynəlxalq tərəfdaşların nümayəndələri dopinq maddələrinin qanunsuz dövriyyəsinə qarşı daha səmərəli və əlaqələndirilmiş yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

    Tədbirdə dopinq maddələrinin əlçatanlığının yalnız idman dürüstlüyünə deyil, həm də ictimai sağlamlığa, istehlakçı təhlükəsizliyinə və gənclərin sağlam həyat tərzinə təsir edən kompleks problem kimi qiymətləndirilməsinə xüsusi diqqət yönəldilib. Müzakirələr zamanı dopinq maddələrinin bəzən qida əlavələri, həyat tərzi məhsulları və ya performansı artıran vasitələr kimi təqdim olunmasının ciddi sağlamlıq riskləri yaratdığı vurğulanıb.

    Konfransın ikinci hissəsində “Tələbin azaldılması və maarifləndirmə”, “Keyfiyyət və təchizat nəzarəti, sağlamlığın qorunması”, “Aşkarlanma və hüquq-mühafizə tədbirləri”, eləcə də “Koordinasiya və idarəetmə” mövzuları üzrə interaktiv seminarlar təşkil olunub.

    AMADA nümayəndə heyəti “Koordinasiya və idarəetmə” istiqaməti üzrə müzakirələrə qatılaraq, dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması üçün milli səviyyədə qurumlararası əməkdaşlığın, müvafiq dövlət orqanları arasında məlumat mübadiləsinin önəmi ilə bağlı fikir mübadiləsində iştirak edib.

    Yekunda interaktiv seminarların nəticələri ümumiləşdirilib və dopinq maddələrinin yayılmasının qarşısının alınması üçün birgə məsuliyyət, davamlı əməkdaşlıq və çoxsektorlu yanaşmanın vacibliyi vurğulanıb.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved