“Sabah” basketbol klubunun FIBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Almaniyada baş tutan püşkə əsasən, Azərbaycan çempionu A qrupunda qərarlaşıb.
Avropa Kubokunun debütantı “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”lə (Rumıniya) mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

