Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    88 idmançıya düşməyən 1 qızıl: "Tələbələrimiz" Çin dərsindən 2 aldı – TƏHLİL
    8.08.2023 17:59:01

    Rəsmən bu gün başa çatan Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universitet Oyunlarında (Universiada) Azərbaycanın medal sıralamasındakı yeri bəlli olub.

    Prosport.Az-ın xəbərinə görə, tələbə idmançılarımız yarışı 38-ci pillədə başa vurub.

    Komandamız 3 gümüş və 6 bürünc medal qazansa da, qızıl mükafata həsrət qalıb. Belə ki, bədii gimnastımız Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medal, cüdoçularımız Rəşid Məmmədəliyev (73 kq) gümüş, Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq), oğlanlardan ibarət cüdo millimiz bürünc medal əldə edib. Həmçinin, taekvondoda Minayə Əkbərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

    XXXl Ümumdünya Yay Universiadasında ümumilikdə 53 ölkə idmançıları medal qazanıb. İlk 3 pillədə Çin (103 qızıl, 40 gümüş, 35 bürünc), Yaponiya (21 qızıl, 29 gümüş, 43 bürünc) və Cənubi Koreya (17 qızıl, 18 gümüş, 23 bürünc) qərarlaşıb.

    Bəs tələbə idmançılarımızın bu nəticəsi necədir? Bunu əvvəlki illərlə müqayisə edək. Əvvəla, onu bildirək ki, Azərbaycanın tələbə idmançılarının ilk iştirak etdiyi yarış Yaponiyanın Fukuoka şəhərində 1995-ci ildə keçirilmiş XVIII Ümumdünya Yay Universiadasıdır. Lakin həmin yarışda medal qazana bilməmişik. Biz 2001-ci ildən etibarən qatılıb medal qazandığımız yarışlara nəzər salaq. Çox maraqlıdır ki, Universiadalar tarixində Azərbaycanın ilk medalı da Çində qeydə alınıb. Bu, 81 kq çəki dərəcəsində gümüş medal qazanmış cüdoçu Mehman Əzizov olub (hazırda cüdo millisində məşqçi işləyir – red.).

    2001 Pekin (Çin) – 1 gümüş medal 38-ci yer
    2003 Tequ (Cənubi Koreya) – 0 medal
    2005 İzmir (Türkiyə) – 2 bürünc medal 55-ci yer
    2007 Banqkok (Tailand) – 1 qızıl medal 45-ci yer
    2009 Belqrad (Serbiya) – 2 qızıl medal 28-ci yer (18 idmançı ilə qatılmışıq)
    2011 Sençen (Çin) – 2 gümüş medal 45-ci yer
    2013 Kazan (Rusiya) – 3 qızıl, 4 gümüş, 7 bürünc medal 21-ci yer (81 idmançı ilə qatılmışıq)
    2015 Kancu (Cənubi Koreya) – 2 qızıl, 1 bürünc medal 27-ci yer (8 idmançı ilə qatılmışıq)
    2017 Taypey (Tayvan) – 3 qızıl, 1 gümüş, 4 bürünc medal 24-cü yer (19 idmançı ilə qatılmışıq)
    2019 Neapol (İtaliya) – 2 qızıl, 3 gümüş 2 bürünc medal 18-ci yer (22 idmançı ilə qatılmışıq)
    2021 Çendu (Çin) – 3 gümüş, 6 bürünc medal 38-ci yer (88 idmançı ilə qatılmışıq)

    Göründüyü kimi, son 4 yarışda qızıl medal qazanılsa da, bu dəfə "tələbələr"imiz ali mükafata yaxın dura bilməyib. Ən maraqlısı isə odur ki, ilk dəfə bu qədər sayda (88) heyətlə yarışa qatılsaq da, 1 qızıl medal qazanmaq idmançılarımıza qismət olmayıb. Görünən odur ki, "tələbələr"imiz bu dərsdən "2" aldılar. Növbəti – 32-ci analoji yarış 2025-ci ildə Almaniyanın Reyn-Rur regionunda keçiriləcək. Bunadək isə buraxılan səhvləri bir daha təhlil etmək üçün kifayət qədər vaxtımız var.

    Qeyd edək ki, Çendu Universiadasında su idman növləri (suya tullanma, üzgüçülük, su polosu), kamandan oxatma, atletika, badminton, basketbol, qılıncoynatma, gimnastika (idman gimnastikası, bədii gimnastika), cüdo, avarçəkmə, atıcılıq, stolüstü tennis, taekvondo, tennis, voleybol və uşu üzrə mübarizə gedib. 120 ölkənin təmsilçiləri bu yarışda iştirak edib.

    Kanada səfər xərcləri və sağlamlıq risklərinə, Meksika maliyyə səbəblərinə görə yarışdan imtina edib. Böyük Britaniya da 16 martda tələbələrinin Çinə getməyəcəyini bildirib. Belarus və Rusiya Ukrayna münaqişəsinə görə yarışa buraxılmayıb. Hindistanın uşu komandası isə 3 idmançısına mübahisəli Tibet məsələsinə görə viza verilmədiyi üçün yarışı boykot edib.

    Səbuhi Musa

    Taekvondo

    Taekvondoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34
    Taekvondo

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14
    Taekvondo

    Azərbaycan idmançısı Cənubi Koreyada qızıl medal qazandı

    4.09.2026 13:26:12
    Döyüş növləri

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Döyüş növləri

    Olimpiya mükafatçımız Pakistanda "bürünc" qazandı

    19.08.2026 18:10:21
    Döyüş növləri

    Millimiz Türkiyə ilə birgə təlim-məşq toplanışında - FOTOLAR

    19.08.2026 17:13:19
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan çempionatında 8:1 hesablı qələbə

    14.09.2026 22:56:57

    "Bu göstəricilər məni narahat edir" - Zaur Həşimov

    14.09.2026 22:11:04

    "Bu tənqid yox, açıq hörmətsizlikdir" - Valdas Dambrauskas

    14.09.2026 21:54:32

    "Qarabağ"ın futbolçusu Ermənistanla oyuna çağırıldı

    14.09.2026 21:43:11

    Millimiz penaltilər seriyasında Moldovaya uduzdu

    14.09.2026 21:10:29

    Son çempion debütanta 3 cavabsız qolla qalib gəldi - VİDEO

    14.09.2026 20:48:41

    Millimizin baş məşqçisi bu matçı tribunadan izlədi – FOTO

    14.09.2026 20:11:28

    "Neftçi" bu futbolçu ilə yollarını ayırdı

    14.09.2026 19:41:13

    “Komandada inamı artırıb daha yaxşı oyunlar keçirəcəyik” – De Ondre Cekson

    14.09.2026 19:39:36

    Baş məşqçi sabiq komandasına qayıtmağa icazə vermədi

    14.09.2026 19:23:52

    "Oyundan razı qalsam da, nəticə məni qane etmədi" - Ərhan Tokər

    14.09.2026 18:42:43

    "Şəfa" - "Sabah": HEYƏTLƏR

    14.09.2026 18:10:28

    AFFA-nın sabiq mətbuat katibi bu vəzifəyə təyin olundu

    14.09.2026 17:49:52

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

    14.09.2026 17:04:17

    "Neftçi" futbolçusu ilə müqaviləni yenilədi

    14.09.2026 16:33:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved