Belarusda keçirilən II MDB Oyunlarına üzgüçülük üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının 5 üzvü qatılıb.
Prosport.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fəxri Həsənov verib.
Onun sözlərinə görə, bu yarışlarda üzgüçülük növü üzrə ölkəmizi Tamilla Əliyeva, Anastasiya Povorokina, Səid Həmidov, Timur Beker və Orxan Əliyev təmsil edəcək. Komanda məşqçilər Nurəli Məmmədov və Elvin Hüseynovun rəhbərliyi altınada yarışlarda iştirak edəcək.

