Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində üz-üzə gələcəyi rəqiblər bilinib.
Prosport.Az xəbər verir ki, Almaniyanın Münxen şəhərində baş tutan püşkün nəticəsinə əsasən, komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq. B qrupunda Rumıniya, Lüksemburq, Norveç və C qrupunda Avstriya, Ermənistan, Albaniya çıxış edəcək.
Qrup oyunları dairəvi sistemlə keçiriləcək. 3 qrup qalibi ilə birgə ən yaxşı qrup 2-cisi 2025-ci ilin yayında baş tutacaq ilkin təsnifat mərhələsinin II raunduna yüksələcək.
Qeyd edək ki, təsnifat mərhələsində qrupun ilk oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

