Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Neftçi" və titullu idmançılar uşaqları sevindirdi - FOTOLAR
    1.06.2026 16:19:10

    “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

    Prosport.Az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Neftçi” İdman Klubu və “ADA Primary School”un tərəfdaşlığı ilə keçirilən şənlik uşaqlar üçün əsl bayram coşqusunun yaşandığı rəngarəng bir məkana çevrilib. Gün ərzində maraqlı oyunlara, idman yarışlarına və musiqili şoulara qatılan balacalar həm maraqlı vaxt keçirib, həm də fərqli interaktiv fəaliyyətlərdə fəal iştirak ediblər.

    Qoruq ərazisində yaradılan idman, yarış və yaradıcılıq zonalarında uşaqlar minifutbol, basketbol, penalti turnirlərində və şahmat yarışlarında güclərini sınayıb, reaksiya oyunları ilə komandalararası müsabiqələrə qoşulublar. Böyük maraqla qarşılanan üzboyama, topların rənglənməsi və sənətkarlıq emalatxanalarında isə balacalar öz xəyal dünyalarını əks etdirmək imkanı qazanıblar. Animatorların çıxışları, hodulist şouları, DJ performansı, əl işlərindən ibarət sərgi və canlı orkestrin ifaları bayramın coşqusunu daha da artırıb.

    Bunlarla yanaşı, şənlik boyu fəaliyyət göstərən xüsusi iaşə zonasında uşaqlara sevdikləri bayram təamları təqdim olunub.

    Tədbirə qatılan tanınmış idmançılar – “Neftçi” İdman Klubunun təmsilçiləri – cüdo üzrə olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev uşaqlarla görüşərək onlarla xatirə şəkilləri çəkdirib, imza mərasimində iştirak edib və onlarla motivasiyaedici tövsiyələrini bölüşüblər.

    Digər idman növləri

    Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya edildi

    2.09.2026 12:11:36
    Digər idman növləri

    "CBC Sport"un əməkdaşına bu federasiyada vəzifə verildi

    2.09.2026 00:25:49
    Digər idman növləri

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Digər idman növləri

    Dünya çempionatında tarixi medal

    31.08.2026 10:53:51
    Digər idman növləri

    Millimizin üzvündən qızıl medal

    30.08.2026 20:44:27
    Digər idman növləri

    Qol güləşi üzrə Naxçıvan birinciliyi keçirilib

    28.08.2026 19:07:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54

    Fransalı futbolçu dörd ay meydanlardan uzaq qalacaq

    2.09.2026 14:35:45

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13

    “Valdas Dambrauskasın uğurda çox böyük rolu var” – Maqsud Adıgözəlov

    2.09.2026 13:41:52

    Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya edildi

    2.09.2026 12:11:36

    Millimizin sabiq üzvünün yeni klubu bilindi

    2.09.2026 11:42:42

    "Şamaxı"dan ayrılan futbolçu Əlcəzair klubunda

    2.09.2026 11:07:45

    "Zirə"dən 100 minlik transfer

    2.09.2026 10:40:37

    "Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi - ADLAR

    2.09.2026 10:01:45

    "Karvan-Yevlax" rəsmisi "İmişli" üçün işləyəcək

    2.09.2026 01:51:50

    "CBC Sport"un əməkdaşına bu federasiyada vəzifə verildi

    2.09.2026 00:25:49

    Polina Rəhimova milli karyerasını başa vurdu

    1.09.2026 23:31:23

    Türkiyə Voleybol Federasiyasının prezidenti Faiq Qarayevi mükafatlandırdı – FOTOLAR

    1.09.2026 22:57:09

    Avropa çempionatı: Millimiz Türkiyəyə uduzub, mübarizəni dayandırdı

    1.09.2026 22:31:06

    "Sabah" "Zenit"in futbolçusunu icarəyə götürdü

    1.09.2026 22:08:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved