Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasının bir nəfərlik akademik avarçəkmə yarışında Azərbaycan idmançısı Bəhmən Nasiri bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, İran azərbaycanlısı olan legioner 2 min metr məsafəyə 6.58.97 nəticə göstərib.
Qaliblər fotofinişlə müəyyən edilib. Bəhmən Nəsiri az fərqlə 3-cü yer tutaraq bürünc medala sahib olub.
Qeyd edək ki, sabah başa çatacaq yarışda Azərbaycan hələ də qızıl medal qazana bilməyib. 87 tələbə idmançı ilə qatılan Azərbaycanın aktivində cəmi 8 medal var. Bunlar 3 gümüş və 6 bürünc medaldır. Azərbaycan bu nəticə ilə 38-cidir.
Meydan sahibi Çin 165 medal qazanıb (92-39-34). Yaponiya 86 medalla (20-28-38) 2-ci, Cənubi Koreya 53 medalla (17-15-21) 3-cüdür.
