Belarusun Qomel şəhərində keçirlən MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal əldə edib.
Prosport.Az xəbər verir ki, fərdi yarışların 2-ci günündə qızlar və oğlanlar arasında 7 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
90 kq çəkidə Davud Namazlı yığmamızın aktivinə gümüş medal yazdırıb. Qızlar arasında 57 kq çəkidə Nilgün Rzayeva və 70 kq çəkidə Zeynəbxanım Əsədova, oğlanlar arasında isə 73 kq çəkidə Mehdi Abbasov yarışın bürünc medallarını qazanıb.
Bu nəticə ilə Azərbaycanın medallarının sayı 21-ə çatıb. Bunlardan 3-ü qızıl, 6-sı gümüş və 12-si bürünc medaldır. Rusiya 81 medalla liderdir (39-25-17). Meydan sahibi Belarus 2-ci (12-14-24), Özbəkistan 3-cüdür (6-9-11).

