Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    AMADA-nın əməkdaşları azad olunmuş ərazilərdə - FOTOLAR
    19.05.2026 15:16:13

    Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər.

    Prosport.Az xəbər verir ki, səfər çərçivəsində AMADA nümayəndələri Qarabağ Universitetində olublar. Universitetin rektoru, Agentliyin Müşahidə Şurasının üzvü Şahin Bayramov ilə keçirilən görüşdə ali təhsil ocağının fəaliyyəti, qısa müddətdə əldə olunan nailiyyətlər, azad edilmiş ərazilərdə müasir və beynəlxalq standartlara cavab verən universitetin fəaliyyət göstərməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı gənclər arasında sağlam həyat tərzinin təşviqi, təmiz idman prinsiplərinin aşılanması və gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.

    Daha sonra universitetin Hüquqşünaslıq və Tibb fakültələrinin tələbələri ilə görüş keçirilib. Tələbələrə 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, antidopinq qaydaları və idmanda etik davranış prinsipləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

    Səfər çərçivəsində AMADA əməkdaşları Qarabağ Universitetinin Klinikası, eləcə də Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu ilə tanış olublar. Universitetdə yaradılan müasir tədris və tibbi infrastruktur, tələbələrin praktik biliklərinin artırılması istiqamətində görülən işlər barədə nümayəndələrə ətraflı məlumat təqdim edilib.

    Növbəti görüş Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək şagirdlərin sağlam və düzgün dəyərlər əsasında formalaşmasında maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğulayıb, gənclərin zərərli vərdişlərdən uzaq yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə görə AMADA rəhbərliyinə təşəkkürünü bildirib.  Görüş zamanı şagirdlərə dopinq və narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və idman karyerasına vurduğu zərərlər barədə məlumat verilib, sağlam və məsuliyyətli həyat tərzinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii proqram nümayiş etdirilib.

    AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə səfərin əhəmiyyətini yüksək qiymətləndirərək azad olunmuş ərazilərdə belə maarifləndirici görüşlərin keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təşviqi, düzgün dəyərlərin formalaşdırılması və təmiz idman prinsiplərinin təbliği baxımından mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Qarabağda yenidən formalaşan təhsil və sosial mühit gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Təhminə Tağı-zadə universitet və məktəblərdə təşkil olunan görüşlərin gənclərin məlumatlılığının artırılmasına, onların zərərli vərdişlərdən uzaq durmasına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə töhfə verdiyini vurğulayıb. O, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini və regionlarda maarifləndirmə fəaliyyətinin genişləndiriləcəyini diqqətə çatdırıb.

    Digər idman növləri

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11
    Digər idman növləri

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34
    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    20.07.2026 12:15:07
    Digər idman növləri

    Millimizün üzvü Avropa üçüncüsü oldu – FOTOLAR

    19.07.2026 23:08:47
    Digər idman növləri

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved