Bu gün Belarusun paytaxtı Minskdə MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.
Prosport.Az xəbər verir ki, iclasda gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.
Tədbirdə birliyə üzv ölkələr arasında idman sahəsində əməkdaşlığın inkişafından danışılıb.
2025-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan III MDB Ölkələrinin Oyunlarının Azərbaycan nümayəndə heyəti tərəfindən təqdimatı olub. Şura üzvləri 2025-ci ildə Azərbaycanın Gəncə şəhərinə, 2026-cı ildə isə Qazaxıstanın Almatı şəhərinə “Birliyin İdman Paytaxtı” adının verilməsi təşəbbüsünü dəstəkləyib.
Qeyd edək ki, III MDB Oyunları Gəncədə keçiriləcək.
