Azərbaycan cüdoçusu Zelim Kotsoyev "Masters" turnirində iştirak edə bilməyəcək.
Prosport.Az-a verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə "Masters" turnirində 100 kq çəki dərəcəsində çıxış etməli olan milli yığmanın üzvü Zelim Kotsoyev xəstələndiyinə, yüksək hərarəti və öskürəyi olduğuna görə, milli yığmanın baş həkiminin təqdimatı, baş məşqçinin və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.
Milliyyətcə osetin olan Zelim Kotsoyevin müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

