Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qəbələ"də səhvi özümdə görürəm" – Het-trik edən hücumçu
    10.05.2026 15:17:34

    I Liqanın ötən turu ən çox danışılan futbolçulardan biri də "Baku Sportinq"in hücumçusu Elşad Tağıyev oldu. 24 yaşlı hücumçu "Cəbrayıl"la Şamaxıda keçirilən qarşılaşmada het-trik etməklə komandasına vacib qələbə qazandırdı və sona 2 tur qalmış "Baku Sportinq"in liderlər qrupundan ayrı düşməsinə imkan vermədi.

    Prosport.Az–ın Şamaxıya ezam olunmuş əməkdaşı Elşad Tağıyevdən müsahibə götürüb.

    – Geridönüş edərək 3:2 hesablı çox vacib qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?
    – Çətin oyun oldu. Belə olacağını da bilirdik. Bilmirəm nədəndir, həmişə Şamaxı Olimpiya Mərkəzinin stadionu bizə ağır gəlir. Amma şükür Allaha, yenə də qələbə qazanmağı bacardıq.

    – Het-trik etdiniz. Bu 3 qoldan hansını ən gözəl adlandırardınız?
    – Sonuncu vurduğum yaxşı alındı. Bunadək cari mövsüm 2 qol vurmuşdum. Sonra zədəm oldu deyə, bir müddət oynamamışdım.

    – Çoxları bilmir. "Turan Tovuz"un sabiq futbolçusu Akif Tağıyevlə də qohumluq əlaqələriniz var...
    – Bəli, o mənim əmimoğludur. Demək olar ki, bunu yalnız tanışlarım bilir. 12 yaşınadək Tovuzda yaşamışam. Sonra "Qəbələ" Akademiyasına keçmişəm.

    – Qışda Premyer Liqa klubu "Qəbələ"dən I Liqa klubu "Baku Sportinq"ə keçidinizi necə qiymətləndirirsiniz?
    – Səhvi özümdə görürəm. Şansımı dəyərləndirməliydim. Qış fasiləsinədək "Qəbələ"də 12 oyun keçirmişdim. Yəqin ki, hazır deyildim. Orada alınmadı deyə, başqa yerdə özümü doğrultmaq istədim.

    – "Turan Tovuz" avrokuboklarda çıxış edəcək. Yetirməsi olduğunuz klubun uğuru sizi sevindirməyə bilməz...
    – Əlbəttə ki, buna sevinirəm. "Turan Tovuz", demək olar ki, öz komandamdır. Tovuzluyam, hər oyunlarını da izləyirəm. İnşallah ki, Avropada da yaxşı nəticələr göstərəcəklərinə inanıram.

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved