Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Tanınmış saat brendi olimpiya çempionumuzla əməkdaşlığa başladı – FOTOLAR
    8.05.2026 12:47:59

    Dünən "Royal Сollection" butikində "Italdizain" şirkətinin nümayəndələri, İsveçrə saat brendi "OMEGA"nın rəsmi nümayəndəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) iştirakı ilə mətbuat konfransı keçirilib.

    Prosport.Az xəbər verir ki, "Italdizain" şirkətinin İdarə heyətinin üzvü Hüseyn Zeynallı və ACF-nin marketinq və kommunikasiya üzrə meneceri Ülkər Abbasova, Azərbaycanın görkəmli idmançısı, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov ilə əməkdaşlığın başlanılmasını təntənəli surətlə elan ediblər. Məşhur cüdoçu Azərbaycanda "OMEGA" brendinin dostu statusunu alıb.

    Mətbuat konfransı çərçivəsində Hüseyn Zeynallı əməkdaşlığın əhəmiyyətini, dəyərlərin birliyini və gələcək birgə təşəbbüslərin perspektivlərini vurğulayıb. O cümlədən Hidayət Heydərov da söz alaraq idmanı, nailiyyətləri və yüksək nəticələrə meyli birləşdirən layihənin bir hissəsi olmaqdan böyük qürur hissi duyduğunu qeyd edib.

    ACF nümayəndəsi qeyd edib ki, Hidayət Heydərov Azərbaycanın ən titullu cüdoçularından biridir. O, 2024-cü ildə dünya, Avropa və Olimpiya çempionu titulunu qazanaraq möhtəşəm mövsüm keçirib. Cüdoçu həmçinin Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyi tərəfindən "İlin cüdoçusu" adına layiq görülüb.

    Azərbaycanlı olimpiyaçı ilə "OMEGA" brendi arasında əməkdaşlığın qurulması təsadüfi deyil və simvolik məna kəsb edir. 175 ildən də artıq tarixə malik İsveçrə saat istehsalçısı 1932-ci ildən etibarən Olimpiya Oyunlarının, 1992-ci ildən etibarən isə Paralimpiya Oyunlarının rəsmi xronometrajçısıdır. "OMEGA" 1932-ci ildə Los-Ancelesdə keçirilən Olimpiya Oyunlarında olimpik xronometrajda 30 yüksəkdəqiqlikli, split funksiyalı xronometrajçı ilə debüt etmiş, 1952-ci ildə isə "Xidmətlərə görə" Olimpiya xaçı ilə təltif edilmişdir.

    Əfsanəvi saat brendi və Azərbaycanın idman tarixində ən çox titul qazanmış cüdoçulardan biri arasındakı birlik onların ortaq prinsiplərini əks etdirir: dəqiqlik və nizam-intizam, dözümlülük və mükəmməlliyə daimi meyil. Bunlar Olimpiya xronometrajçısı ilə Olimpiya Oyunları çempionunu birləşdirən xüsusiyyətlərdir.

    Çoxəsrlik Şərq dəyərləri sisteminə əsaslanan döyüş növü cüdo üçün zaman, eynilə qaçış və ya üzgüçülükdə olduğu kimi, vacib rol oynayır. Döyüşün baş tutduğu dörd dəqiqə ərzində idmançılar öz imkanlarını maksimum şəkildə nümayiş etdirməli, özünü aşmalı və rəqib üzərində qələbə çalmalıdırlar. Hər saniyəyə nəzarət və döyüşün həlledici anlarında maksimum konsentrasiya cüdo fəlsəfəsini "OMEGA" prinsiplərinə yaxınlaşdırır. Şirkət 2012-ci ildən bəri "Quantum" taymerindən istifadə edir. Bu taymer nəticələri minlərlə millisaniyəyə kimi müstəsna dəqiqliklə qeyd edə bilir.

    Azərbaycanda "OMEGA" brendinin dostuna çevrilən Hidayət Heydərov özü üçün "Co-Axial Master Chronometer" manufaktura mexanizmi ilə təchiz edilmiş "OMEGA Seamaster Diver 300M" dayver modelini seçib. Antimaqnit qorumaya, istənilən şəraitdə iş dəqiqliyi zəmanətinə və 300 metrə qədər dərinlikdə suyadavamlılığa malik, diametri 42 mm olan ifadəli polad korpuslu saat idmançının xarakterini – onun gücü, möhkəmliyi, etibarlılığı və tam özünənəzarətini əks etdirir. Dəqiqlik bu fəlsəfənin ayrılmaz hissəsidir. Belə ki, "OMEGA" xronometrlərinin hamısı İsveçrə Federal Metrologiya İnstitutunun (METAS) standartları üzrə sertifikatlaşdırmadan keçir.

    "Royal Collection" butikində keçirilən mətbuat konfransında "Italdizain" şirkətinin nümayəndəsi bildirib ki, bu əməkdaşlıq Azərbaycan auditoriyasına artıq yaxşı tanış olan "OMEGA"nın yerli bazardakı mövqeyini daha da gücləndirməsinə, həmçinin brendin dəqiqlik, innovasiya və yüksək saatçılıq sənətinin simvolu kimi imicini möhkəmləndirməsinə imkan yaradacaq.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved