Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Premyer Liqada 17 qol vursam, 100% milliyə çağırılacağam" – Seyxan Fərəcov
    7.05.2026 13:41:28

    I Liqanın 17 qolla bombardiri, MOİK-in futbolçusu Seyxan Fərəcovun Prosport.Az saytına müsahibəsi

    – Rəqib II Liqaya düşmə zonasında olan "Şimal" olsa da, son turda Şamaxıda onlara qalib gələ bilmədiniz. Məğlubiyyətdən də son dəqiqələrdə qurtuldunuz. Oyunla bağlı nə deyə bilərsiniz?
    – Meydana qələbə üçün çıxmışdıq, son 2 oyunda məğlub olmuşduq. "Şəfa" və "Şahdağ Qusar"la həmin oyunlarda qol da vura bilməmişdik. Özüm də qol vurmaq istəyirdim ki, bombardirlikdə yerimi möhkəmlədim. Qalib gələ bilməsək də, şükür Allaha ki, "qol orucu"mu pozdum.

    – Son dəqiqələrdə 1 qol vurmaq şansınız da oldu. Həmin qol olsaydı, qələbə qazanmışdınız. O epizodda niyə fərqlənə bilmədiniz?
    – İlk əvvəl topa çatmadım. Çatanda da rəqib müdafiəçi topu çıxardı.

    – Sona 2 tur qalıb. MOİK-in nə Premyer Liqaya çıxmaq şansı, nə də II Liqaya düşmək ehtimalı var. Oyunlara necə motivasiya ola bilirsiniz?
    – Əslində düz deyirsiniz. Böyük ehtimalla, çempionatı 6-cı yerdə bitirəcəyik. Sağ olsun uşaqlar. Onlar istəyir ki, bombardir olum. Mənim üçün meydana çıxırlar. Şərait yaradırlar ki, mən qol vurum. Həm də özümüzə görə oynayırıq. Yaxşı oynamaq istəyirik ki, növbəti mövsüm üçün daha yaxşı təkliflər alaq.

    – Növbəti turu Mingəçevirdə oynayacaqsınız. Rəqibin maliyyə problemləri var, son turda da "Şahdağ Qusar"a uduzdular. Sözün yaxşı mənasında "Mingəçevir"in durumundan öz xeyrinizə lazımınca yararlana biləcəksiniz?
    – Əlbəttə, hər oyuna qələbə üçün çıxırıq. Elə oyun yoxdur ki, həvəssiz çıxış edək və ya 1 xal üçün mübarizə aparaq. Belə bir şey yoxdur. Hər oyuna 3 xal üçün çıxırıq. Elə olur ki, alınır, elə də olur ki, alınmır. Demək olar ki, bütün oyunlarda dominant çıxış edirik. Amma bəzən son ötürmə, son zərbə probleminə görə qələbə qazana bilmirik. Mingəçevirə də 3 xal üçün gedəcəyik. Hazırda 3-cü sıradadırlar. Premyer Liqada komanda sayı artırılmasa, çox güman ki, pley-offa da düşməyəcəklər. Son məğlubiyyətdən sonra, demək olar ki, 2-ci yer şansları da bitdi.

    – Qış fasiləsində sizi "İmişli" istəmişdi, lakin MOİK buraxmamışdı. Mövsümün 2-ci yarısında Premyer Liqada oynamadığınıza görə təəssüf hissi keçirdiniz?
    – Əslində təəssüflənmişdim. Çünki uşaqlıqdan məqsədim Premyer Liqada oynamaq olub ki, milli komandaya yolum açılsın. Özümüz yaxşı bilirik ki, nə qədər qol vursan da, I Liqadan milliyə çağırılmaq çətin məsələdir. Premyer Liqada 17 qol vursam, 100% milliyə çağırılacağam (gülür)... Amma hər işdə bir xeyir var. Özümə məqsəd qoydum ki, burada bombardir olum və Premyer Liqaya bombardir kimi yollanım.

    – Mövsümün sonunda müqaviləniz MOİK-lə bitir. Özünüzü Premyer Liqada, yoxsa xaricdə görürsünüz?
    – Sizə bir insayd məlumatı verim. Artıq "İmişli" ilə 2 illik müqavilə bağlamışam. İndiki klubumdan da bunu bilirlər. İyunun 1-dən "İmişli"nin futbolçusu sayılacağam. İnşallah, qollarıma Premyer Liqada da davam edəcəyəm. Qarşıma məqsəd qoymuşam ki, milliyə düşüm.

    Səbuhi Musa

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved