Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    AMADA antidopinqlə bağlı yenilikləri federasiyalara açıqladı
    7.05.2026 12:52:25

    Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə keçirilən "Ədalətli İdman Ayı – 2026" çərçivəsində idman federasiyalarının baş katibləri ilə görüş təşkil olunub.

    Prosport.Az xəbər verir ki, "Ümumdünya Antidopinq Məcəlləsi 2027: Əsas yeniliklər və institusional dəyişikliklər" adlı tədbirdə 40-dək federasiyanı təmsil edən nümayəndələr iştirak ediblər. Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində və beynəlxalq standartlarda nəzərdə tutulan yenilikləri diqqətə çatdırmaq, bu dəyişikliklərin tətbiqi ilə bağlı federasiyaların rolunu və öhdəliklərini izah etmək olub.

    Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov antidopinq sahəsində aparılan sistemli tədbirlərin əhəmiyyətini vurğulayaraq, federasiyalarla sıx əməkdaşlığın təmiz idman mühitinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin tətbiqinin idman idarəçiliyində şəffaflığın və məsuliyyətin daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib, federasiyaları bu istiqamətdə fəal iştirak etməyə çağırıb.

    Görüş zamanı AMADA-nın əməkdaşları yeni Məcəllədən irəli gələn tələblər, yenilənmiş prosedurlar, nəticələrin idarə olunması mexanizmləri, maarifləndirmə öhdəlikləri və uyğunluq məsələləri ilə bağlı təqdimatlarla çıxış ediblər.

    Sonda federasiya nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Digər idman növləri

    Azərbaycanda bu federasiyaya yeni baş katib təyin olundu

    16.07.2026 22:16:09
    Digər idman növləri

    Azərbaycan ilk dəfə bu idman növü üzrə Avropa çempionatında

    15.07.2026 21:43:25
    Digər idman növləri

    “Komandamız optimal hazırlıq səviyyəsindədir” – Rafiq Hüseynov

    15.07.2026 20:40:38
    Digər idman növləri

    Azərbaycanda yeni antidopinq qaydaları tətbiq olunacaq

    15.07.2026 12:44:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Səbail" daha bir hücumçunu transfer etdi

    19.07.2026 14:05:11

    Cüdo millimizin üzvləri ilə görüş keçirilib – FOTOLAR

    19.07.2026 13:45:15

    FIFA DÇ-da rekord gəlir əldə etdi

    19.07.2026 13:20:10

    Olise Peleni geridə qoydu

    19.07.2026 12:04:15

    DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək

    19.07.2026 12:02:15

    Drikus du Plessi Kamaru Usmanı məğlub etdi

    19.07.2026 11:38:40

    “Uduzmaq xoş deyil, amma görülən işdən məmnunam” – Deşam

    19.07.2026 11:35:04

    İngiltərə DÇ-da III oldu – VİDEO

    19.07.2026 10:45:25

    Mbappe Messini geridə qoydu

    19.07.2026 10:00:40

    Kamilo Duran yenə fərqləndi, “Seltik” heç-heçə etdi

    18.07.2026 23:07:49

    DÇ-ya çağrılmadı, karyerasını bitirdi

    18.07.2026 22:43:25

    Mahir Polşa klubuna "Bayatı Şiraz" ilə keçdi – VİDEO

    18.07.2026 21:56:33

    “Şamaxı” portuqaliyalı yarımmüdafiəçini transfer etdi

    18.07.2026 21:20:38

    "Beşiktaş"da daha bir ayrılıq

    18.07.2026 21:03:59

    Millimiz mübarizəni dayandırdı

    18.07.2026 20:17:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved