Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.
Prosport.Az xəbər verir ki, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında üçqat paralimpiya çempionu Roman Saley, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək.
Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaq.
Xatırladaq ki, bu gün start götürəcək yarış mayın 9-da başa çatacaq.

