Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Zədəm olmasaydı, indi 1-ci yerdə idim" – "Qarabağ"ın nigeriyalı hücumçusu
    5.05.2026 09:49:00

    AFFA Gənclər Liqasının II mərhələsinin VI turunda "Zirə" – "Qarabağ" matçı 2:2 hesabı ilə başa çatıb.

    Oyundan sonra qonaq komandanın futbolçusu, 25 qolla liqanın 2-ci bombardiri olan mərkəz hücumçusu Tohib Abiodun Prosport.Az-a müsahibə verib.

    – Əvvəlcə oyunla bağlı fikirlərinizi eşidək. Çətin oyun oldu...
    – Yox, mən belə deməzdim. Oyun bizim üçün çətin keçmədi. Biz qələbə qazanmağa hazır idik. Sadəcə, son dəqiqədə diqqətimizi itirdik və bu da nəticəyə təsir etdi. Biz rəqibdən daha yaxşı idik.

    – Ola bilərmi ki, meydançanın durumu da sizə daha çox qol vurmağa mane olurdu?
    – Bəli, meydança bərbad idi. Amma meydançanı bəhanə etmirik, bu tamamilə bizim səhvimiz idi. Son dəqiqədə rəqibi diqqətdən qaçırmamalı idik. Burada meydançanı bəhanə etməyin adı yoxdur.

    – Lidersiniz. Çempionluq şanslarınızı necə qiymətləndirirsiniz?
    – Qarşıdakı oyunlara köklənəcəyik. Məqsədimiz qalan qalan hər bir matçda qalib gəlməkdir.

    – Şəxsi hədəfiniz nədir?
    – Əsas məqsədim çox çalışaraq əsas komandada oynamaqdır.

    – Hazırda bombardirlər siyahısında "Sabah"ın futbolçusu Anar Hüseynovdan sonra 2-ci yerdəsiniz. 25 qol vurmusunuz. Yəqin ki, 1-ci sıraya qalxıb fərdi mükafat da qazanmaq istəyirsiniz...
    – Bəli, ən yaxşı bombardir olmaq istəyirəm. Zədə səbəbindən bir neçə oyunu buraxdım. Əgər həmin matçlarda iştirak etsəydim, indi 1-ci yerdə ola bilərdim. Hətta ola bilərdim yox, olacaqdım deyərdim.

    – Sentyabrda Azərbaycana transferiniz necə baş tutdu?
    – Ötən ilin iyulunda İsveçin Yötebori (Göteborg) şəhərində keçirilən "Gothia Puma Trophy" beynəlxalq turniri zamanı oynayarkən bizi "Qarabağ" rəsmiləri izləmişdi. Onda mən "Beyond Limit" komandasında oynayırdım. Oyundan sonra mənə yaxınlaşıb dedilər ki, səni bəyənirik, bizim komandaya qoşul. Bundan sonra danışıqlar oldu və Azərbaycana gəldim. Əvvəl İsveçdəki turnirdə "Beyond Limit"lə çempion olmuşdum.

    – Digər komanda yoldaşınız Muyidin Olude də sizinlə eyni komandadan gəlib?
    – Xeyr, o da İsveçdə çıxış edirdi. Lakin onun komandası "Sportinq Laqos" idi ("Qarabağ"ın qrupunda yer alırdı və oyun 0:0 başa çatmışdı – red.).

    Sualları verdi: Səbuhi Musa
    Müsahibəni yazdı: Bahar Rüstəm

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved