Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun qrup oyunları yekunlaşıb.
Prosport.Az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı sonuncu oyununda Moldova yığması ilə üz-üzə gəlib və rəqibinə 64:70 hesabı ilə məğlub olub.
Qrupda 3-cü pilləni tutmuş U-18 millimiz 5-9 -cu yerlər uğurunda oyunda Cəbəllüttariq yığması ilə qarşılaşacaq. Oyun bu gün saat 15:00-da baş tutacaq.
