Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Belə meydançada futbol oynamaq zülmdür" – Rəşad Sadiqov gileyləndi
    4.05.2026 15:08:21

    AFFA Gənclər Liqasının (U-19) II mərhələsinin VI turunda "Zirə" – "Qarabağ" matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.

    Matçdan sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadiqov Prosport.Az-ın suallarını cavablandırıb.

    – Oyunla bağlı fikirləriniz necədir?
    – Açığı, çox çətin oldu. Çünki əvvəlki oyunda öz meydanımızda "Zirə"yə 3:0 hesabı ilə qalib gəlmişdik və kifayət qədər epizodlarımız olmuşdu. Bu meydança ("Rekord Arena"nı nəzərdə tutur – red.) futbol oynamaq üçün uyğun deyil. Səthi çox bərbad vəziyyətdədir, hər tərəfində əyrilik var. 2-3 normal ötürmə vermək mümkün olmur. Belə meydançada futbol oynamaq zülmdür. Buna baxmayaraq, 1 xal qazandıq. Amma düşünürəm ki, 2 xal itirdik. Çox yaxşı oynadıq, çoxlu qol epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik.

    – Hakim idarəçiliyindən razı qaldınız?
    – Hakimlik baxımından ciddi problem yox idi. Oyunu çox yaxşı idarə etdilər. Sadəcə, ilk hissənin əvvəllərində penalti epizodu oldu, onu buraxdılar. Ümumilikdə normal idarəçilik idi. Oyun bitəndə də gedib əllərini sıxdım.

    – Oyundan sonra rəqib futbolçularla sizin oyunçular arasında mübahisə yaşandı. Nə baş verdi?
    – Açığı, tam görmədim. Anladığım qədərilə hər iki komandadan futbolçular arasında söz atışması olub. Belə hallar olur. Oyunun sonunda gərginlik var idi. İstər-istəməz intriqa yaranır.

    – Uşaqların psixoloji durumu necədir?
    – Mövsümün sonuna 4 tur qalıb. Turnir cədvəlində 1-ci yerdəyik və rəqiblərimizi 4 xal qabaqlayırıq. Hələ də çempionluq uğrunda mübarizə aparırıq. Biz o komanda deyilik ki, bir heç-heçədən sonra motivasiyamız düşsün. Lider komandanın motivasiyası aşağı olmaz.

    Futbol

    "Zirə"dən asan, "Neftçi"dən çətin qələbə

    3.09.2026 09:00:34
    Futbol

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54
    Futbol

    Zaqreb "Dinamo"su "Qarabağ"a rəqib oldu

    1.09.2026 21:43:28
    Futbol

    Ermənistanın futbol millisi də Bakıya gələcək – YENİ DETALLAR

    1.09.2026 09:21:57
    Akademiya

    Millimizin yeni baş məşqçisi "Sabahın Ulduzları"nda

    31.08.2026 14:43:19
    Futbol

    Favoritlər 6 cavabsız qolla qalib gəldi

    31.08.2026 12:00:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved