Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Hədəfimiz ilk "8-lik" idi, bunu bacarmışıq" – Hüseyn Axundov
    3.05.2026 13:55:27

    AFFA U-17 Liqasının II mərhələsinin XI turunda “Şəfa” doğma meydanda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub. 

    Oyundan sonra “Şəfa”nın baş məşqçisi Hüseyn Axundov Prosport.Az-a müsahibə verib.

    – Oyunla bağlı fikirlərinizi bölüşərdiniz.
    – Rəqibi təbrik edirəm. Vüqar müəllimin (Vüqar Əsgərli – red.) yaxşı komandası var. Oyun gərgin oldu, hər iki tərəf üçün çətin keçdi. Xüsusilə oyunun son 10 dəqiqəsi gərgin mübarizə şəraitində keçdi. Məqsədimiz ən azı qol vurub 1 xal qazanmaq idi. Alınmadı. Uşaqların canı sağ olsun, yaxşı mübarizə apardılar.

    – Çoxlu qol epizodlarınız oldu, lakin dəyərləndirə bilmədiniz. Sizcə səbəb nə idi?
    – Məncə uşaqların ustalığı çatmadı. Əsas odur ki, oyunda səhvlərimizi analiz edəcəyik. Məşqlərdə bu səhvləri düzəldib növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Yaxşı nəticələr üçün mübarizə aparacağıq.

    – Komandanın bu mövsümki hədəfləri nələrdir?
    – Komanda ilk yarananda əsas hədəfimiz ilk "8-liy"ə düşmək idi. Bunu bacardıq. Burada qarşımıza heç bir çempionluq hədəfi qoyulmayıb. Bacardığımız qədər qələbələr qazanıb turnir cədvəlində yuxarı pillələrdə olmaq istəyirik. Hazırda bunu bacarırıq. Komandamıza güvənimiz və inamımız çoxdur. İnşallah, daha yaxşı nəticələr qazanacağıq.

    – Növbəti oyun səfərdə “Kəpəz”ə qarşı olacaq. Gözləntiləriniz necədir?
    – Oyuna hər komanda kimi qələbə üçün çıxacağıq. Məqsədimiz budur. İnşallah, bacaracağıq.

    – Gələn il keçiriləcək U-20 dünya çempionatında iştirak edəcək potensialda milli futbolçu heyətinizdə varmı?
    – Hazırda heyətimizdə 1-2 futbolçu var ki, onların həqiqətən milli komandanın tərkibində çıxış etmək potensialı var.

    Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved